-
- 7-04-2021, 16:28
- 431
Nazir müavini: "İşğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub"
"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru sizlərə göstərməkdir".
News24.az xəbər verir ki, bunu Zəngilanda jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Zəngilanda ağac əkilən ərazilər vaxtı ilə sıx meşə olub:
"İşğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyası daha çox olacaq".
O qeyd edib ki, əsas məqsəd qısa bir zamanda Qarabağ bölgəsini yaşıllığa qərq etməkdir:
"Təəssüf ki, hər şey bizim iradəmizdən asılı deyil. Ərazilərin çoxu minalanıb. Ərazilər minalardan təmizləndikcə ağacəkmə aksiyalarımız davam edəcək. Ermənilərin təbiətimizə vurduğu yaraları qısa bir zamanda sağalması istiqamətində hamımız səfərbər olmalıyıq".