Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi - FOTO
    • 8-04-2021, 17:15
    • 429

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi - FOTO

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.

News24.az xəbər verir ki, komitənin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

Komitə sədri qanun layihəsinin 3-cü maddəsində Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dair irəli sürülən dəyişikliklərə baxılacağını bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51 və 115-ci maddələrində nəzərdə tutulan dəyişikliklər uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət edəcək icra hakimiyyəti orqanının dəqiqləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin fəaliyyətinin təmin edilməsi baxımından layihədə “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilməsi təklif olunub. Eyni dəqiqləşdirmənin məcəllənin 166-cı maddəsində doğumun qeydə alınması qaydasında da tətbiq edildiyi bildirilib.