“Başından böyük qələt eləmisən” - Amina Səidə QALMAQALI BÖYÜYÜR
    • 9-04-2021, 14:03
    • 1 163

“Başından böyük qələt eləmisən” - Amina Səidə QALMAQALI BÖYÜYÜR

Xəbər verdiyimiz kimi, müğənni Amina Şirin bir müddət öncə həmkarı Səidə Sultanı polisə şikayət edib. Bununla bağlı S. Sultan ifaçı barədə qalmaqallı açıqlama verib.

News24.az xəbər verir ki, Amina müğənnini polisə şikayət etdiyini təsdiqləyib.

O, Səidə Sultanın onun valideynləri haqqında nalayiq ifadələr işlətdiyi üçün şikayətçi olduğunu deyib: “Lotuluqdan danışırsan, sonra da deyirsən nahaq yerə cinayət işi açılıb. Heç üst-üstə düşmür. Ailəli olmağıma gəlincə, sən də bir dəfə ərə get, xanımlığını görək. Valideyn söyüşü söymüsən, başından böyük qələt eləmisən! Dediyim kimi, yeməyinə-içməyinə bir az diqqət elə, vitamin qəbul et. Sənə görə deyirəm. Onsuz da hər kəs bilir sən kimsən”.