Çində kömür mədənini su basdı - 20-DƏN ÇOX İŞÇİ YERİN ALTINDA QALDI
    • 11-04-2021, 10:29
    • 371

Çində kömür mədənini su basdı - 20-DƏN ÇOX İŞÇİ YERİN ALTINDA QALDI

Çinin Sincan-Uyğur Muxtar Bölgəsində kömür mədənini su basması nəticəsində 21 nəfər yerin altında köməksiz vəziyyətdə qalıb.

News24.az "İnterfaks"-a istinadən xəbər verir ki, mədəndəki qəza ötən gün axşam saatlarında baş verib. 

Hadisə zamanı mədəndə 29 işçi olub. Onlardan səkkizi təxliyə edilib.

Muxtar bölgə yerli hakimiyyət orqanlarından köməksiz vəziyyətdə qalan işçiləri xilas etmək üçün tədbir görməsini tələb edib.

Qəza yerində xüsusi texnika ilə təchiz olunmuş qrupların iştirakı ilə xilasetmə işləri aparılır.