İlham Əliyev İstanbul Yeni Hava Limanının açılışında iştirak edəcək
    • 27-10-2018, 10:35
    • 793

İlham Əliyev İstanbul Yeni Hava Limanının açılışında iştirak edəcək

29 oktyabrda İstanbul Yeni Hava Limanının açılışına 8 min nəfər dəvət edilib.
Tədbirdə ölkə prezidentləri, hökumət rəsmiləri, elm adamları, sənətçilər, biznesmenlər və idman dünyasının tanınmış simaları iştirak edəcəklər.
Mərasimdə Azərbaycan prezidenti İlham Əliyevdən başqa 10 ölkənin prezidenti və 2 ölkənin baş naziri də yer alacaq.
Açılışdan sonra prezidentlər Cümhuriyyət bayramı ilə əlaqədar təşkil ediləcək tədbirə qatılacaqlar. Daha sonra rəsmi görüşlərin keçiriləcəyi gözlənilir.

//Qafqazinfo