Bu gün İstanbulda dünyanın  ən böyük hava limanının açılışı olacaq
    • 29-10-2018, 13:46
    • 924

Bu gün İstanbulda dünyanın ən böyük hava limanının açılışı olacaq

Dünyanın sıfırdan inşa edilən ən böyük aeroportu adına sahib çıxan İstanbul Yeni Hava Limanının açılışı bu axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən həyata keçiriləcək.
 Tarixi açılış öncəsi yeni hava limanının havadan görüntüləri yayılıb.
Dünyanın ən böyük aeroportu olacaq İstanbul Yeni Hava Limanını 90 milyon sərnişin tutumludur. İstanbul Yeni Hava Limanının terminal böyüklüyü 1.3 milyon kvadrat metr, ümumi tikinti sahəsi isə 76,5 milyon kvadratmetrdir. Buradan 250 aviaşirkəti uçuşlarını həyata keçirəcək.
Açılışın ardından oktyabrın 31-i, saat 11:30-da keçiriləcək Türk Hava Yollarının (THY) İstanbul-Ankara səfəri olacaq. Ölkə xaricinə ilk səfər isə Bakıya həyata keçiriləcək.

//Avropa.info


Paylaş:


Manşet xəbərlə