Azərbaycanda qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma QAYDASI MÜƏYYƏNLƏŞİR
    • 13-04-2021, 19:12
    • 552

Azərbaycanda qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma QAYDASI MÜƏYYƏNLƏŞİR

Azərbaycan Respublikasının ərazisində qeyri-islam dini icmalarının dini mərkəzinin yaradılma qaydası müəyyənləşir.

News24.az xəbər verir ki, bu, "Dini etiqad azadlığı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində qeyri-islam dini icmalarının dini mərkəzi (idarəsi) bu Qanuna və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmış və Azərbaycan Respublikasının azı 5 (beş) şəhər və rayonunda (şəhər rayonu istisna olmaqla) fəaliyyət göstərən eyni dini etiqadlı 5 (beş) dini icmanın yığıncağında (qurultay, konfrans və s.) yaradıla bilər.