"Elvin Adıgözəlov Osman Sınavdan daha böyük rejissordur" - KAMRAN AĞABALAYEV
    • 14-04-2021, 12:02
    • 429

"Elvin Adıgözəlov Osman Sınavdan daha böyük rejissordur" - KAMRAN AĞABALAYEV

"Bu, film layihəsidir. Düşünürəm ki, çəkilişlər avqustda başlayacaq".

Bu sözləri News24.az-a açıqlamasında aktyor Kamran Ağabalayev deyib. O, Türkiyənin məşhur rejissoru Osman Sınavla yaranacaq əməkdaşlıq barədə də danışıb: "Filmin mövzusu Qarabağ deyil, tamamilə başqa səpkidə yaradıcı işdir. Türkiyənin layihəsidir və çəkilişlər də yalnız orda olacaq. Osman Sınavla bundan öncə tanışlığımız, dostluğumuz olmayıb. Onunla aktyorların seçim mərhələsində tanış olduq. Bilirsiniz, Türkiyədə dostluq, tanışlıqla film çəkilmir, orda hər şey fərqlidir. Hələ ki, yaradıcı heyətdə yeganə azərbaycanlı aktyoram".

"Osman Sınav Türkiyənin ən məhsuldar və peşəkar rejissorlarından biridir. Onunla işbirliyiniz diqqət çəkir" fikrinə isə K.Ağabalayev belə reaksiya verdi: "Mən Osman Cınavdan daha böyük rejissorlarla çalışmışam. Mənim üçün Elvin Adığözəlov ondan böyük rejissordur".

Aktyor onu da vurğulayıb ki, gələcəkdə Rusiya kinosunda da yer almaq istəyir: "Bu mənim çəkildiyim altıncı türk filmim olacaq, amma gələcəkdə özümü daha çox Rusiya kinosunda sınamaq istəyirəm. Hətta "Neftlix"in rus platformasında yayımlanacaq bir ekran işinin baş roluna da çəkilmişəm. Film sentyabrda işıq üzü görəcək. Görək, bu yaradıcı işim necə qarşılanacaq".