Türkiyədə yaşayan azərbaycanlı bəstəkar vəfat etdi
    • 28-03-2019, 16:36
    • 1 386

Türkiyədə yaşayan azərbaycanlı bəstəkar vəfat etdi

Azərbaycanın xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib.

News24.az "Yenicag"-a istinadən xəbər verir ki, Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib. O, bu gün dədə-baba yurdu İkinci Şıxlı kəndində dəfn olunacaq.
Qeyd edək ki, xalq şairinin oğlu uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olub.