-
- 14-04-2021, 16:02
- 457
Gəncə və Odessa qardaşlaşır
Azərbaycanın Gəncə və Ukraynanın Odessa şəhərləri arasında qardaşlıq əlaqələrinin qurulması haqqında müqavilənin sentyabrda imzalanması gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məsələ hazırkı səfər zamanı müzakirə olunub.
Nazir bu şəhərlər arasında birbaşa uçuşların təşkili üçün işlərin getdiyini də qeyd edib.
Krikli həmçinin Odessa Dövlət Aqrar Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib.