Ukraynaya 350 ton hərbi texnika gətirildi
    • 25-03-2021, 18:59
    • 452

Ukraynaya 350 ton hərbi texnika gətirildi

Ukraynanın silahlı qüvvələri üçün 350 ton hərbi texnika və ordu yolsuzluq maşınları ilə dolu Amerika quru yük gəmisi Odessa limanına gəlib. 

News24.az "Dumskaya"ya istinadən xəbər verir ki, quru yük gəmisi "Ocean Glory" Amerika bayrağı altında ötən gün gecə Odessa limanına daxil olub. 

Gəmi Ukraynaya təxminən 350 ton hərbi texnika, xüsusən HMMWV 35 ordu yolsuzluq maşını çatdırıb.

Qəzetin yazdığına görə, yolsuzluq avtomobillər Ukraynanın silahlı qüvvələri üçün gətirilib.

Avadanlıqların boşaldılmasının cümə gününə qədər davam edəcəyi gözlənilir.