Bakıda sürücülərin və piyadaların ən çox QAYDA POZDUĞU YOLDAN FOTOLAR
    • 14-04-2021, 16:06
    • 414

Bakıda sürücülərin və piyadaların ən çox QAYDA POZDUĞU YOLDAN FOTOLAR

Bu gün Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi Yasamal, Binəqədi, Səbayıl rayonu ərazilərində dayanma-durma, parklanma qaydalarını pozan sürücülərə qarşı, eləcə də yol hərəkəti qaydalarına əməl etməyən piyadalarla təbliğat xarakterli tədbirlər keçirib.

News24.az xəbər verir ki, tədbirlər zamanı dayanma-durma parklanma qaydalarını pozan, digər nəqliyyat vasitələrinn eləcə də piyadaların hərəkətinə maneəyaradan sürücülər aşkarlanıb, yüzlərlə sürücü və piyada qayda pozuntusuna görə polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əksəriyyəti ilə təbliğat xarakterli söhbətlər aparılıb. İyirmiyə yaxın sürücü və piyada inzibati qaydada cərimə edilib.

Keçirilən tədbirlər zamanı "20 Yanvar" metrosu tərəfi eləcə də "Şamaxinka" adlanan ərazidə daha çox problemlər müşahidə edilib. Belə ki, burada dayanma-durma və parklanma qaydaları ilə bağlı vəziyyət çox acınacaqlıdır. Sürücülər, xüsusən də taksi sürücüləri avtomobillərini harada gəldi saxlayır,müştəri səsləyir, piyadalar yolu xaotik şəkildə keçir, hətta bəziləri piyada keçidini görsə də yolun uzaq oldğunu bəhanə gətirərək yeraltı keçiddən deyil, yolun üstü ilə hərəkəti üstün tutduqlarını etiraf edirlər. Yol Polisi isə onların diqqətinə çatdırıb ki, əgər hər hansı bir nəqliyyat hadisəsi baş versə, bu əsafə piyadanın ömrünü qısalda bilər. Ona görə də yolun uzunluğuna yox təhlükəsizliyə daha çox önə verməlidirlər.

"20 Yanvar" və "Şamaxinka" adlanan ərazidə parklanma qaydalarınıpozan sürücülər yer tapa bilmədiklərini əsas gətiriblər. Bundan savayı Yolo Polisindən qaçan, polis əməkdaşlarına tabe olmayan sürücülər də aşkarlanıb. Onların barəsində qanuna uyğun formada tədbirlər görülüb.
Bakı Şəhər Baş Polis İdarəsi rəisinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq təbliğat xarakterli tədbirlər bundan sonra da davam etdiriləcək.