30 şəhid ailəsi və müharibə əlilinə ev təqdim edildi - Fotolar
    • 14-04-2021, 16:15
    • 536

30 şəhid ailəsi və müharibə əlilinə ev təqdim edildi - Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib.

News24.az xəbər verir ki, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9460 mənzil və fərdi ev verilib.