ABŞ Rusiyanın dövlət borcuna qarşı SANKSİYA PLANLAŞDIRIR
    • 15-04-2021, 09:26
    • 461

ABŞ Rusiyanın dövlət borcuna qarşı SANKSİYA PLANLAŞDIRIR

ABŞ-ın yeni anti-Rusiya sanksiyalarına Rusiya Federasiyasının suveren borcu ilə bağlı məhdudiyyətlər daxil ediləcək.

News24.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Bildirilib ki, məhdudiyyətlər cümə axşamı günü elan edilə bilər.

"The New York Times" qəzeti isə ABŞ prezidenti Co Baydenin imzalayacağı fərmana əsasən Amerika maliyyə qurumları tərəfindən birbaşa Rusiya Federasiyası Mərkəzi Bankından Rusiya Federasiyası Maliyyə Nazirliyindən və suveren fondundan borc qiymətli kağızlarının alınmasına qadağa qoyulacaq.