Medianın İnkişafı Agentliyində yeni təyinatlar
    • 16-04-2021, 14:45
    • 618

Medianın İnkişafı Agentliyində yeni təyinatlar

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinatlar olub.

News24.az xəbər verir ki, agentliyin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri vəzifəsinə Səidə Şəfiyeva təyin edilib. 

Səidə Şəfiyeva Azərbaycan Televiziyasının aparıcısıdır.

Həmçinin, tanınmış jurnalist Natiq Məmmədli Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bununla bağlı Natiq Məmmədli feysbuk səhifəsində paylaşım edib.

"25 illik jurnalistlik fəaliyyətimdə yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyuram. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri kimi fəaliyyətə başlayıram. Bu keçdiyim həyat yoluna, təcrübəmə və peşəkarlığıma göstərilən böyük etimaddır. Yeni düşüncəli, vətənpərvər, intellektual komandanın üzvü kimi bu etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm. Məsuliyyəti dərk etmək və vicdanla çalışmaq – mənim köhnə prinsipimdir, yeni işimdə də ona sadiq qalacağam", - o bildirib.