-
- 17-04-2021, 14:07
- 571
Mingəçevirdə “Təmiz hava” aylığı reydi keçirildi - FOTO
Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin müəyyən edilməsi məqsədilə reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a verilən məlumata görə, reydin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsindən ibarət olub.
Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb, onların mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlanılıb.
Atmosferə normadan artıq dəm qazı buraxan 18 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.