Eldar Quliyev dəfn olundu - FOTOLAR - VİDEO - YENİLƏNDİ
    • 18-04-2021, 14:05
    • 589

Eldar Quliyev dəfn olundu - FOTOLAR - VİDEO - YENİLƏNDİ

Xalq artisti Eldar Quliyev dəfn olunub.

News24.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak edib.

Xalq artisti öz vəsiyyəti ilə həyat yoldaşının yanında “Qurd Qapısı" qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Xalq artisti iki gün öncə 80 yaşında dünyasını dəyişib.


*** 12:34
"Təzə Pir" məscidində Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, mərasimdə E.Quliyevin ailə üzvləri, sənət yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edir.

Tanınmış kinorejissor və ssenarist Bakıdakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Eldar Quliyev aprelin 16-da vəfat edib.

Sevda Bayramova
Foto: Fərid Şabanov