-
- 19-04-2021, 14:23
- 318
Media nümayəndələri üçün “Qalib müəllim” müsabiqəsinə start verilir
Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında “Qalib müəllim” videohekayə müsabiqəsinə start verilir.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, 19 aprel-28 may tarixlərini əhatə edən müsabiqənin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində iştirak edən, eyni zamanda qalib əsgərin formalaşmasında rolu olan Azərbaycan müəllimlərinin tanıdılmasıdır.
Müsabiqə aşağıdakı başlıqlar üzrə keçirilir:
- “Qalib əsgərin müəllimi” - şagird və tələbələri vətənpərvər ruhda yetişdirən Azərbaycan müəllimi haqqında videooçerk;
- “Ön cəbhədə döyüşən müəllim” - Vətən müharibəsində iştirak etmiş əsgər, qazi və şəhid olan müəllimlərin həyat hekayəsi;
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqədə ölkəmizdəki media qurumlarının nümayəndələri iştirak edə bilər;
- Müsabiqəyə göndərilən video 2 dəqiqədən artıq olmamalıdır;
- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), təmsil etdiyi media qurumunun adı və tutduğu vəzifə, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 21 may 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir;
- Hər iştirakçı bir videohekayə göndərə bilər;
- Müsabiqəyə təqdim olunan videohekayələr “Qalib müəllim” ön sözü ilə başlamalıdır.
Müsabiqənin yekununda videohekayələr Təşkilat Komitəsi tərəfindən dəyərləndiriləcək və qaliblər müəyyən olunaraq təltif ediləcəklər.