Bakının bu küçəsində maşın saxlayana niyə cərimə yazılır? - AÇIQLAMA- VİDEO
    • 19-04-2021, 15:26
    • 344

Bakının bu küçəsində maşın saxlayana niyə cərimə yazılır? - AÇIQLAMA- VİDEO

Bakıda Həzi Aslanov metrostansiyası yaxınlığınlığında yerləşdirilən yol nişanı sürücülərin etirazına səbəb olub.

News24.az-a daxil olan məlumata görə, etiraza səbəb yolda həm parkinq lövhəsinin yerləşdirilməsi, həm də bir neçə metr aralıda dayanma və durmanı qadağan edən işarənin yerləşdirilməsidir. Avtomobilini parkinq yerində saxlayan sürücüyə isə Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimə yazılır. 

Məsələ ilə bağlı BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. Yaranan vəziyyətə aydınlıq gətirən qurum sözçüsü bildirib ki, sürücülər məhz ərazidə olan dayanma və durma nişanının tələbinə əməl etməldirilər: "Orada yerləşdirilən ödənişli parkinq nişanı hər hansı bir qüvvəyə malik deyil. Çünki bu gün şəhərimizdə küçə parklanma yerlərinə görə ödənişlər təsdiq olumayıb. Bu məsələ araşdırılacaq və uyğunsuzluq aradan qaldırılacaq".