-
- 29-10-2018, 10:22
- 1 360
188 nəfərlik sərnişin təyyarəsi qəzaya uğradı
“Lion Air” şirkətinə məxsus sərnişin təyyarəsi Cakarta hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Bu barədə İndoneziyanın xilasetmə xidməti məlumat yayıb.
İlkin məlumata görə, göyərtəsində 188 nəfər olan “Bouing 737” təyyarəsi havaya qalxdıqdan 10 dəqiqə sonra radarlardan itib. Təyyarə Cakartadan Banka adasındakı Pankalpinanq şəhərinə uçurdu.
Məlumata əsasən, təyyarə Yava adasının qərb sahillərində dənizə çırpılıb. Ərazidə olan bir neçə gəmi isə təyyarə qalıqları tapdıqlarını bildiriblər.
//Ölkə.Az