Myanma təyyarəsi qəzaya uğradı
    • 12-05-2019, 12:39
    • 1 177

Myanma təyyarəsi qəzaya uğradı

Myanma hava yollarına məxsus “Embraer 190” təyyarəsi qəzaya uğrayıb.

News24.az xəbər verir ki, təyyarə Mandalay hava limanında ön şassinin açılmaması səbəbindən qəza enişi edib.

80 sərnişin və heyət üzvlərindən ibarət təyyarədə xəsarət alan olmayıb.

Təyyarənin paytaxt Yanqondan Mandalaya uçduğu bildirilir. Yerli vaxtla səhər 9:00 radələrində pilotlar enişə başlayarkən ön şassinin açılmadığını müəyyən ediblər. Pilotların ustalığı sayəsində təyyarə qəzasız eniş edə bilib.