Polisdən pişiyin ayaqlarının kəsilməsi ilə bağlı AÇIQLAMA
    • 22-04-2021, 11:41
    • 808

Polisdən pişiyin ayaqlarının kəsilməsi ilə bağlı AÇIQLAMA

Xaçmazda pişiyin üç ayağının kəsilməsi ilə bağlı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalar aparılır.

Hazırda RPŞ-də heyvana qarşı rəhimsiz rəftar göstərən şəxsin müəyyən olunması istiqamətində aktiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən həftə sosial şəbəkələrdə Xaçmazda pişiyin 3 ayağının kəsilməsi ilə bağlı videogörüntülər yayılıb. Yayılan məlumata görə, bu əməli qəssab pişiyin ona məxsus əti yeməsinə görə törədib. /Unikal.org/