Koronavirus beyni zədələləyir - ALİMLƏR AÇIQLADI
    • 22-04-2021, 12:03
    • 555

Koronavirus beyni zədələləyir - ALİMLƏR AÇIQLADI

İngiltərə və İsveçrə elm adamları koronavirusun insan beyninə necə təsir etdiyini öyrəniblər.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma zamanı bəlli olub ki, infeksiya neyronları öldürmür ancaq nevroloji simptomları izah edən iltihablı reaksiyalar yaradır.

Alimlər koronavirusun mərkəzi sinir sistemində yer aldığını, yoluxmanın yeddinci günü neyronlar vasitəsilə yayıldığını deyiblər.

Bildirilib ki, əvvəlcə qoxu və dadbilməyə təsir edir və sonra beyin və onurğa beyni alt bölgələrinə nüfuz edir.

Qeyd edək ki, araşdırma siçanlar üzərində aparılıb.