“Duet ortaqlarımı seçərkən...” - RÖYA
    • 24-04-2021, 15:31
    • 671

“Duet ortaqlarımı seçərkən...” - RÖYA

Xalq artisti Röya Ayxan müğənni İzzət Bağırovun təqdim etdiyi “İzzət şou” verilişinin qonağı olub. 

News24.az xəbər verir ki, verilişin ilk efir günündə Xalq artisti duet ortaqlarından danışıb: “Mən verilişlərin ilk buraxılışına adətən getmirəm. Deyirəm ki, bir neçə proqramı izləyim, gedişata baxım, sonra. İzzət illərin sənətkarıdır, ona görə tərəddüd etmədən gəldim. İnanıram ki, bu veriliş vasitəsilə səhnəyə yeni gənc müğənnilər gələcək. Mən də gənclərə dəstək oluram. Baxıram ki, hansı ifaçı mənimlə duet oxuduqdan sonra yerində saymayacaq, üzərində işləyəcək. O zaman onunla duet oxuyuram, dəstəyimi göstərirəm”.

Röya İ. Bağırovla olan dostluğundan da bəhs edib: “İzzət ancaq səhnədə dostluq etmir. Həyatda da insanın yanında olur. Bir qadın kimi problemin olsa, kimsə səni narahat edirsə, İzzət sənə köməyə gələr. Ədalət Şükürov da dostlarına qarşı belədir”.