Abşeronda 3 maşın toqquşdu, polis əməkdaşı XƏSARƏT ALDI
    • 27-04-2021, 18:51
    • 522

Abşeronda 3 maşın toqquşdu, polis əməkdaşı XƏSARƏT ALDI

Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.

Hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.
Belə ki, YPX-nə məxsus 99-YP-051 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən əvvəlcə "Toyoto" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan "Mercedes" daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb.(apa.az)