-
- 28-04-2021, 09:43
- 454
DSMF onlayn iclasda iştirak etdi
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (ISSA) təşkilatçılığı ilə “Avrasiya regionunda əməkçi miqrantların sosial müdafiəsi: dövrün çağırışları” mövzusunda keçirilən onlayn iclasda iştirak edib.
News24.az xəbər verir ki, DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli “Azərbaycanda əməkçi miqrantların sosial müdafiəsi” mövzusunda təqdimatla çıxış edib. Ölkəmizlə yanaşı, Rusiya, Qazaxıstan, Moldova və ISSA nümayəndələrinın də təqdimatları nəzərdən keçirilib. Tədbirdə Avrasiya regionunda məskunlaşmış əməkçi miqrantların qeydiyyatı, sosial təminat proqramları çərçivəsində onların hüquqlarının qorunması, dövlətlərarası sazişlərin icrasında yaranan çətinliklər, COVID-19 pandemiyası səbəbindən iqtisadi sabitsizlik dövründə əməkçi miqrantların müadifəsinə dair inklüziv milli təcrübələr və s. kimi məsələlər müzakirə olunub.