Bakıda duracaqların sayı 36-ya çatdırıldı
    • 28-04-2021, 12:09
    • 317

Bakıda duracaqların sayı 36-ya çatdırıldı

“Bakı Nəqliyyat Agentliyinin tələbilə Bakının qaraj infrastrukturu yaxşılaşdırılıb və avtobus duracaqların sayı 36-ya çatdırılıb”.

News24.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə “BakuBus” MMC tərəfindən ilk müasir qaraj istifadəyə verilib. Hazırda paytaxtda standartlara uyğun 11 qaraj fəaliyyət göstərir. Bunlardan 2-si dövlət, 9-u digər dövlət daşıyıcılarına məxsusdur.