Bakının bu qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
    • 29-04-2021, 09:47
    • 351

Bakının bu qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakının Suraxanı raypnunun Yeni Günəşli qəsəbəsinin Mərkəzi küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə News24.az-a Bakı Nəqliyyat Agentliyind'n məlumat verilib. 

Məlumata görə, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.