“Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil” - TALEH YÜZBƏYOV
    • 29-04-2021, 12:07
    • 511

“Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil” - TALEH YÜZBƏYOV

Aktyor Taleh Yüzbəyov dələduzların qurbanı olub.

News24.az xəbər verir ki, o, “İnstagram”da bununla bağlı paylaşım edib. O bildirib ki, onun adından istifadə edərək yalançı yarış keçirilir: "Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbədarlıq edin ki, belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın".