-
- 29-04-2021, 17:41
- 618
Lavrov Bakıya gəlir - SƏFƏRİN DETALLARI
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov 10-11 may tarixlərində Bakıya işgüzar səfər edəcək.
News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Sözçü bildirib ki, səfər razılaşmalara əsasən həyata keçiriləcək. Buna qədər isə Rusiya XİN başçısı 5-6 may tarixlərində Yeravana gedəcək: "Azərbaycan və Ermənistan rəhbərliyi ilə danışıqların aparılması planlaşdırılır, təmaslar zamanı ikitərəfli və regional əməkdaşlıq məsələlərinin, habelə beynəlxalq aləmdə qarşılıqlı əlaqələrin geniş spektrinə baxılması gözlənilir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə üstünlük veriləcək".