Rusiya Ukraynaya hücum edərsə, nələr olacaq? - AP qətmanə qəbul etdi
    • 29-04-2021, 18:59
    • 517

Rusiya Ukraynaya hücum edərsə, nələr olacaq? - AP qətmanə qəbul etdi

Avropa Parlamenti Rusiya Federasiyasının Ukraynaya müdaxiləsini davam etdirəcəyi təqdirdə SWIFT ödəniş sistemindən ayrılmasını, həmçinin Rusiya neftindən və qazından imtina edilməsini təklif edib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu, AP-nin plenar iclasın sonunda qəbul etdiyi qətnamədə yer alıb. 

Bildirilir ki, Avropa Parlamentinin beynəlxalq məsələlərə dair qərarları deklarativdir, məcburi deyil. Ancaq Avropa Birliyinin digər qurumları millət vəkillərinin fikirlərini dinləməlidir.

Avropa Parlamentində vurğulanıb ki, gələcəkdə hərbi gücləndirmə Rusiyanın Ukraynaya müdaxiləsinə çevrilərsə, AB bu cür beynəlxalq hüquq və normaların pozulmasının mahiyyətinin ciddi olacağını açıq şəkildə göstərməlidir. Bu kimi hallarda Rusiya səlahiyyətlilərinə və ailələrinə yaxın oliqarxların AB-dəki bütün varlıqları dondurulmalı, vizalar ləğv edilməlidir.