Makron AŞPA-da Rusiyanı DƏSTƏKLƏDİ
    • 1-10-2019, 17:41
    • 861

Makron AŞPA-da Rusiyanı DƏSTƏKLƏDİ

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın Avropa Şurasına üzvlüyünün saxlanılması qərarını dəstəkləyib.

News24.az “RİA”ya istinadən xəbər verir ki, Dövlət başçısının sözlərinə görə, o, millət vəkillərinin etdiyi seçimi tam dəstəkləyir.

E.Makron Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında "Rusiya xalqı Avropa humanizmini qəbul edir. Çünki, onun yaranmasında iştirak edib. Rusiyanın çoğrafiyası, tarixi, mədəniyyəti avropasayağıdır” deyib.

Prezident, həmçinin ümid etib ki, 2020-ci ilin yanvarından başlayaraq ölkələrin Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməsini təmin edən bir mexanizm işə salınacaq.