Bakıda çay evindən 8 min manatlıq oğurluq oldu
    • 29-04-2021, 19:18
    • 383

Bakıda çay evindən 8 min manatlıq oğurluq oldu

Bakıda çay evindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki çay evlərinin birindən 8000 manat dəyərində 3 ədəd televizor, 2 ədəd samovar, kondisioner mühərriki, kamera monitoru, yaddaş qurğusu və məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Dadaşov saxlanılıb.