Bakıda mənzildən 30 min manatlıq oğurluq olub
    • 28-10-2020, 12:05
    • 530

Bakıda mənzildən 30 min manatlıq oğurluq olub

Bakıda mənzildən 30 min manatlıq oğurluq olub.

Bu barədə News24.az-a  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də rayon ərazisindəki evlərin birindən 750 manat, 2 000 ABŞ dolları, 6 600 manat dəyərində 2 ədəd televizor və 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü, Bakı şəhər sakini B.Hüseynov saxlanılıb.