Qırğızıstan və Tacikistan sərhədində atışma yenidən başladı
    • 30-04-2021, 11:52
    • 410

Qırğızıstan və Tacikistan sərhədində atışma yenidən başladı

Qırğızıstan və Tacikistan sərhədində yenidən atışma başlayıb.

News24.az xəbər verir ki,  Qırğızıstan agentliyinin Batkən vilayətinin polis idarəsinə istinadən yaydığı məlumatda silahlı münaqişənin Leyk bölgəsində davam etdiyi bildirilib. 

Qırğızıstan və Tacikistan sərhədindəki atışma 1 saatdır ki, davam edir. 

Qeyd edək ki, 29 apreldə Qırğızıstan və Tacikistanın sərhəd bölgələri sakinləri arasındakı qarşıdurma iki ölkənin hərbçilərinin silahlı münaqişəsinə çevrilib. Atışma nəticəsində 20 nəfər ölüb, hər iki tərəfdən 150-dən çox yaralının olduğu bildirilir.