Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma dayandı
    • 30-04-2021, 08:56
    • 513

Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma dayandı

Qırğızıstan və Tacikistan sərhədindəsərhəd qoşunları arasındakı qarşıdurmalar dayandırılıb.

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadır Japarovun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı gərginliyin əsas səbəbi həll edilib və vəziyyət normallaşıb. Hökumət işçi qrupunin işini davam etdirdiyi vurğulanıb". 

Məlumatda Qırğızıstan və Tacikistan hökumətlərinin təşəbbüsü ilə iki ölkənin sərhəd bölgələrindəki münaqişəni həll etmək üçün yaradılan komissiyalar hadisənin səbəblərini və nəticələrini müzakirə edib. Daha sonra isə hərbi əməliyyatların dayandırılması, hərbi texnikaların geri çəkilməsi və ərazilərin boşaldılması barədə bəyanat imzalanıb. Dövlət sərhədində gərginliyin artmaması üçün tədbirlər görüldüyü qeyd edilib.