-
- 30-04-2021, 17:19
- 566
Himalay Məmişov Joerg Le Blancla görüşdü - Foto
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişovla Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) qrup rəhbəri Joerg Le Blanc arasında videokonfrans formatında görüş olub.
ƏƏSMN-dən News24.az-a Görüşdə sosial təminat, o cümlədən pensiya təminatı və sosial sığorta sahəsində DSMF ilə GIZ, eləcə də Almaniyanın aidiyyəti dövlət qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub .
H.Məmişov son illərdə Azərbaycanda sosial təminat sistemində aparılan islahatlar, əhaliyə elektron müstəvidə göstərilən proaktiv xidmətlər və bu sahənin təkmilləşdirilməsi istiqamətində prioritet hədəflər barədə məlumat verib.
Məcburi dövlət sığorta haqlarının ödənişi və pensiyaların aktuar əsaslarla təyinatı məsələlərinə toxunulub. Bu sahədə Almaniyanın iki dövlət qurumu – Sosial Hadisələrin Sığortalanması Fondu və Federal Pensiya Sığortası Fondu ilə təcrübə və məlumat mübadiləsinin aparılması imkanlarından bəhs edilib.
J.L.Blanc təmsil etdiyi təşkilatın vəzifə və funksiyaları, habelə regionda həyata keçirilən qısa və uzunmüddətli layihələr, o cümlədən “Cənubi Qafqazda həssas şəxslərin (məcburi köçkünlərin) və yerli əhalinin iqtisadi və sosial sahələrdə iştirakı” layihəsi barədə məlumat verib.
Əhalinin həssas təbəqəsinə göstərilən xidmətlər çərçivəsində dövlət qurumlarının, o cümlədən DSMF-nin kadr potensialının gücləndirilməsi işlərindən də bəhs olunub. Sosial təminat sahəsində səmərəli əməkdaşlığın inkişafı görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.