Qırğızıstanda matəm elan edildi
    • 1-05-2021, 11:18
    • 376

Qırğızıstanda matəm elan edildi

Qırğızıstanda 1-2 may tarixləri Tacikistanla sərhəddəki silahlı münaqişədə ölənlələ bağlı milli matəm günü elan edilib. 

News24.az RİA-ya istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezideni Sadır Japarov sərəncam imzalayıb. 

Bildirilib ki, matəm günlərində ölkə daxilində, eləcə də xaricdəki diplomatik və konsulluq idarələrinin binalarında dövlət bayraqları endiriləcək, mədəniyyət müəssisələri və televiziya kanallarına əyləncə tədbirlərinin və proqramlarının ləğvi tövsiyə olunur.

Həmçinin Qırğızıstan Hökumətinə yerli özünüidarəetmə orqanları ilə birlikdə ölənlərin və yaralananların ailələrinə yardım göstərmək üçün lazımi tədbirlərin görülməsi ilə bağlı da göstərməsi ilə bağlı da gösəriş verilib.