UWW-nin prezidenti Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi
    • 1-05-2021, 13:16
    • 522

UWW-nin prezidenti Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verdi

Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

News24.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, serbiyalı funksioner mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən, Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada vəfat edib.