Dostumun vəfatını üzüntü ilə öyrəndim - Türkiyəli nazir Azad Rəhimovun ölümündən yazdı
    • 1-05-2021, 10:34
    • 719

Dostumun vəfatını üzüntü ilə öyrəndim - Türkiyəli nazir Azad Rəhimovun ölümündən yazdı

Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

News24.az xəbər verir ki, bunu Kasapoğlu şəxsi Tvitter səhifəsində paylaşım edib.
"Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun" - paylaşımda bildirilib.

Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.