-
- 28-03-2019, 17:54
- 1 492
Əkizlərin həyəcanlı günü - GÖZ YAŞLARINI SAXLAYA BİLMƏDİLƏR - FOTO - VİDEO
Şou-biznesin əkiz bacıları Sevil-Sevinc Səfərovalar qardaşı Anarın övladı Azadın 1 yaşını təmtəraqla qeyd ediblər.
News24.az xəbər verir ki, ifaçıların ailə üzvlərinin, yaxın dostlarının və şou-biznes nümayəndələrinin iştirak etdiyi məclis Səfərovaların balaca Azada həsr etdikləri mahnı ilə başlayıb. Daha sonra tədbir “Cahan” qrupunun idarəçiliyi ilə davam edib.
Sevil və Sevinc Səfərovalar xoş günləri ilə bağlı hisslərini bölüşüblər:
“Allah hər kəsə belə xoş gün qismət etsin. Çox həyəcanlıyıq. Qardaşımın toyunda yeddi yüz nəfər iştirak edirdi. Amma həmin gün bu qədər həyəcanlı deyildik. Ola bilər ki, Azadı ondan çox istəyirik. Səhərdən heç nə yeyə bilmirik. Can atırıq ki, balamızın günü gözəl və yaddaqalan olsun. Hazırda bunu anlamır, amma istəyirik ki, böyüyəndə bizim ona qarşı olan sevgimizi görsün”.
İfaçıların sənət yoldaşları da öz mahnıları ilə məclisə qatılanlara xoş anlar yaşadıblar.
Teymur MƏMMƏDOV
Video: Fərid ŞAHBAZOV