Qazaxıstan prezidenti Tacikistana SƏFƏR EDƏCƏK
    • 4-05-2021, 12:08
    • 402

Qazaxıstan prezidenti Tacikistana SƏFƏR EDƏCƏK

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Tacikistana səfər edəcək.

News24.az RİA-ya istinadən xəbər verir ki, o, tacikistanlı həmkarı Emomali Rahmon ilə danışıqlar aparacaq. Görüş may 19-20 may tarixlərində baş tutacaq. 

Danışıqların gündəliyinə siyasi dialoqun daha da gücləndirilməsi, ticarət, iqtisadi, investisiya, mədəni və humanitar qarşılıqlı əlaqələrin qurulması barədə müzakirələr daxil edilib. 

Həmçinin Qazaxıstan-Tacikistan strateji tərəfdaşlığının inkişafı da görüşün gündəmində olacaq.