-
- 5-05-2021, 09:02
- 573
Lavrov bu gün Yerevana gedir
Bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov Yerevana səfər edəcək.
News24.az xəbər verir ki, Rusiya XİN başçısının 6 may tarixində Ermənistan rəhbərliyi ilə görüşləri planlaşdırılıb.
10-11 may tarixlərində isə Sergey Lavrov Bakıya işgüzar səfərə gələcək.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova görüşlər zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri ilə yanaşı beynəlxalq aləmdə qarşılıqlı əlaqələrin geniş spektrini hərtərəfli nəzərdən keçirməyin planlaşdırıldığını söyləyib.
Ancaq danışıqların prioritet mövzusu Qarabağla bağlı mövcud razılaşmaların həyata keçirilməsi olacaq. "Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının həyata keçirilməsinin praktik aspektlərinə üstünlük veriləcək.