25 yaşlı qadın bir gündə 9 uşaq dünyaya gətirdi
    • 5-05-2021, 10:29
    • 574

25 yaşlı qadın bir gündə 9 uşaq dünyaya gətirdi

Qərbi Afrika ölkəsi Malidə 25 yaşlı Həlima Sisse adlı qadın bir gündə 9 uşaq dünyaya gətirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni doğulan körpələrdən 5-i qız və 4-ü oğlandır.

Ölkənin Səhiyyə Nazirliyinin etdiyi açıqlamada həm ananın, həm də yeni doğulmuş doqquz körpənin özünü yaxşı hiss ediyi bildirilib.