Fikrət Qoca Birinci Fəxri Xiyabanda DƏFN OLUNACAQ
    • 5-05-2021, 10:43
    • 549

Fikrət Qoca Birinci Fəxri Xiyabanda DƏFN OLUNACAQ

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə News24.az-a açıqlamasında bildirib ki, dəfn bu gün baş tutacaq: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, "Şöhrət" ordenli Xalq şairimiz Fikrət Göyüş oğlu Qocayevin vəfatından kədərləndiyini bildirir. Fikrət Qoca Birinci  Fəxri Xiyabanda (saat 16:00) dəfn ediləcək".

Qeyd edək ki, Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.