-
- 2-10-2019, 18:45
- 1 130
Fikrət Qoca: "Əsəd Cahangirə dəstək olmayacağam"
Tənqidçi Əsəd Cahangir Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayında sədrliyə namizədliyini irəli sürəcək.
Onun sözlərinə görə, belə qərara gəlməsi təsadüfi deyil: "Azərbaycan Yazıçılar Birliyinin sədri seçki vasitəsilə müəyyənləşir. Birliyin hər bir üzvünün sədrliyə öz namizədliyini irəli sürmək hüququ var. Mən artıq elə yaş dövründəyəm ki, həm təcrübəm, həm də intellektual potensialım belə bir addım atmağıma əsas verir. Üstəlik, ədəbiyyat sahəsində həyata keçirmək istədiyim planlarım müəyyən səlahiyyətə sahib olmağımı zəruri edir"
Məsələylə bağlı xalq şairi, Yazıçılar Birliyinin I katibi Fikrət Qoca News24.az-a açıqlamasında Əsəd Cahangirə dəstək olmayacağını açıqlayıb: "Çox yaxşı fikirdir, qoy namizədliyini irəli sürsün. Qarşıdan qurultay gəlir. Olsun, lap yaxşı. Buna hər kəsin ixtiyarı var, xüsusilə də gənclərin. Amma gərək buna hazır olsunlar. Qurultayın keçirilmə tarixini dəqiqləşdirdikdən sonra hər kəsə məlumat veriləcək".
"Qurultayda siz Əsəd Cahangiri dəstəkləyəcəksinizmi?" sualına isə xalq şairi "qətiyyən yox, elə bir niyyətim yoxdur. Əsəd Cahangir özü-özünü təqdim edir və buna normal yanaşıram" deyə söyləyib.
Sevda Bayramova