Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başladı
    • 5-05-2021, 11:57
    • 465

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başladı

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana bir günlük rəsmi səfəri başlayıb.

News24.az xəbər verir ki, rəsmi səfər çərçivəsində ilk görüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə baş tutacaq.

Gürcüstan hökumətinin başçısı azərbaycanlı həmkarı Əli Əsədovla görüşəcək.

Baş nazir, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

Rəsmi nümayəndə heyətini Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir.

Səfər zamanı Gürcüstan Xarici İşlər Naziri Azərbaycan XİN başçısı ilə fərdi görüş keçirəcək.