Uzunmüddətli əlilliyi olanların NƏZƏRİNƏ!
    • 5-05-2021, 15:18
    • 522

Uzunmüddətli əlilliyi olanların NƏZƏRİNƏ!

"Uzunmüddətli əlilliyi olan vətəndaşların təkrar müraciətləri tək stasionar yox, həmçinin, ambulator həyata keçirilə bilər". 

News24.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində bu ilin ilk rübündə görülmüş işlərə və qarşıda duran hədəflərə dair keçirdiyi mətbuat konfransında bildirib.