250-dən çox qaziyə əlillik dərəcəsi verildi
    • 2-04-2021, 12:11
    • 434

250-dən çox qaziyə əlillik dərəcəsi verildi

“Bu günə qədər Vətən müharibəsinin iştirakçısı olan 250-dən çox qaziyə əlillik təyinatı aparılıb”.

News24.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

O qeyd edib ki, 511 qaziyə 2 400-dən yuxarı reabilitasiya vasitəsi təqdim edilib.