-
- 14-07-2018, 12:10
- 1 655
Adnan Oktarın aylıq gəliri nə qədərmiş?
3 gün öncə həbs edilən Adnan Oktar barəsində dodaq uçuqladan faktlar üzə çıxmaqda davam edir.
News24.az xəbər verir ki, Adnan Oktarın malikanəsində axtarış aparan polislər 3 gün ərzində 72 otaqlı villadan tapılan külli miqdarda pulları saymaqla məşğuldurlar.
Nə qədər pul aşkarlanması barəsində hələlik dəqiq məlumat verilməsə də, ilkin araşdırmalara görə, saxta hocanın aylıq gəliri 10 milyon dollar təşkil edir.
O etdiyi yüzlərlə cinayətlə yanaşı, böyük maliyyə fırıldaqlarında da ittiham olunur. Belə ki, varlı ailələrin övladlarını qrupuna cəlb etməklə onlardan şantaj yolu ilə böyük pullar alıb, saxta şirkətlər açaraq beynəlxalq şirkətlərdən külli miqdarda maliyyə cəlb edib və sonra bu şirkətlər yoxa çıxıb. Başqa faktlara görə, onun maliyyə əməliyyatları nəticəsində başqa insanların üzərinə borclar yazılıb.
Bu qədər cinayətlərə yol açmış Adnan Oktar dəfələrlə saxlanılsa da, hər dəfə cəzadan yaxasını qurtara bilib. Bu dəfə də vəkili onun şizofreniya xəstəsi olmasını əsas gətirərək, həbs olunmayacağını iddia edir.
İlhamə Rəsulova